Sizin reklam burada
Sizin reklam burada

Fransa Ermənistanı silahlandırır

Fransa Ermənistanı silahlandırır
Fransanın Ermənistanı silahlandırması bugünədək qismən qapalı şəkildə (məsələn, humanitar yardım adı altında), qismən də üçüncü tərəfin (məsələn, Hindistanın) vasitəsilə həyata keçirilirdisə, artıq bu proses rəsmi şəkil alacaq.

Hazırda İrəvanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonnanın mətbuat konfransındakı açıqlamaları bunu deməyə əsas verir.

O, bildirib ki, Paris İrəvanla sonuncuya hərbi texnikanın verilməsini mümkün edəcək saziş imzalamağa razılaşıb.

“Bu barədə hələ ətraflı danışa bilmərəm”, - Kolonna qeyd edib.

Fransa xarici işlər naziri həmçinin bəyan edib ki, o, Avropa diplomatiyasının rəhbəri Josep Borrelə ​​Avropa İttifaqının Ermənistandakı “mülki” missiyasının genişləndirilməsi və onun mandatının gücləndirilməsi təklifi ilə rəsmi müraciət edib.

Ketrin Kolonna Ermənistanın Moldovanın qoşulduğu Avropa Sülh Fonduna daxil edilməsi təklifini də irəli sürüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ