Sizin reklam burada
Sizin reklam burada

Nikol Paşinyan Ermənistanın müstəqilliyini tənqid edib

Nikol Paşinyan Ermənistanın müstəqilliyini tənqid edib



Baş nazir Nikol Paşinyan Ermənistanın müstəqilliyini elan etməsinin 33-cü ildönümündə onu tənqid edib.

Paşinyanın sözlərinə görə, o, bəyannamənin mətnini 2020-ci il müharibəsindən əvvəl və xüsusən də, ondan sonra dəfələrlə oxuyub. Baş nazir etiraf edib ki, həmin hadisələrdən əvvəl və sonra müstəqillik bəyannaməsinin mətninin qavranılması xeyli fərqli olub.

“Bəyannamənin mətninin tənqidi təhlili göstərir ki, bizi SSRİ-nin bir hissəsinə çevirən düstura əsaslanan belə bir diskurs və məzmun seçmişik. Söhbət regional mühitdən və qarşıdurma diskursundan gedir ki, bu da bizi hər zaman qonşularımızla münaqişə vəziyyətində saxlamalı idi”, - deyə Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, bu bəyanatla Ermənistan SSRİ-dən çıxmaq kursunu elan edib, eyni zamanda ondan çıxmaq üçün bütün yolları bağlayıb.

XX əsrin sonunda qəbul etdiyimiz bəyannamə bizim XX əsrin əvvəlində müstəqilliyimizi itirməyimizə səbəb olan düsturun təsdiqi oldu.

“İndi isə Müstəqillik Bəyannaməsinin 33-cü ildönümündə vurğulamaq istəyirəm ki, bizim sülh gündəliyimiz müstəqillik gündəliyidir. Bizdə sülh olsa, müstəqillik də olar. Nə qədər ki, sülh yoxdur, SSRİ-nin kabusu bizim səmamızda, bölgəmizin səmasında uçacaq” - Paşinyan əminliklə əlavə edib.

Qeyd edək ki, Ermənistanın müstəqillik bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ