Sizin reklam burada
Sizin reklam burada

Qarabağda qan töküləcək - Ermənilər hücuma hazırlaşdıqlarını etiraf etdi - VİDEO

Qarabağda qan töküləcək - Ermənilər hücuma hazırlaşdıqlarını etiraf etdi - VİDEO



"Xankəndidə Azərbaycana müqavimət göstərməklə bağlı qərar var. Bu o deməkdir ki, Qarabağda qan töküləcək”.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Ara Poqosyan deyib.
Onun sözlərinə görə, variantlardan biri ermənilərin Qarabağdan çıxmasıdır: “Bunu qan töküləndə insanların zərər görməməsinə görə etmək istəyirlər, lakin bu o deməkdir ki, “artsax”dan tamamilə əl çəkirik. Ona görə buna getməyəcəklər və müqavimət göstərəcəklər”.

Qeyd edək ki, bütün çıxış yolları bağlanan separatçıların öz mövcudluqlarını qorumaq naminə təxribat törədəcəyi və erməni əhalini qırğına verəcəyi gözləntiləri var. Erməni politoloqun “Qarabağda qan töküləcək” açıqlaması da bununla bağlı ictimai rəyi hazırlamağa hesablanmış kimi görünür.


  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ