Sizin reklam burada
Sizin reklam burada

Paytaxt Kiyev üzərində 11 raket VURULDU: "51 günlük fasilədən sonra..."

Paytaxt Kiyev üzərində 11 raket VURULDU: "51 günlük fasilədən sonra..."


Ötən gecə hava hücumundan müdafiə qüvvələri Kiyev yaxınlığında 11 qanadlı raket və 2 pilotsuz uçan aparatı vurub.

Publika.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko məlumat verib.

İlkin məlumata görə, işğalçılar strateji təyyarələrdən raketlər atıblar. Raketlərin və pilotsuz təyyarələrin növləri hələ də dəqiqləşdirilir.

"Zərbə nəticəsində paytaxtın Obolonski rayonunda elektrik xətti qırılıb və yol örtüyü zədələnib. Mülki əhali arasında tələfat yoxdur. Yaşayış obyektlərinə və ya infrastruktura ziyan dəyməyib", - Popko bildirib.

O qeyd edib ki, bu, 51 günlük fasilədən sonra Kiyevə ilk raket hücumudur. Paytaxta sonuncu dəfə belə hücum martın 9-da olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ