Sizin reklam burada
Sizin reklam burada

Qalib ölkənin Həmrəylik Bayramı

Qalib ölkənin Həmrəylik Bayramı



Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və sərkərdə qətiyyəti sayəsində Azərbaycan məğlub ölkədən qalib ölkəyə çevrildi
Artıq üçüncü ildir ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününü Azərbaycan xalqı qalib ölkə, qürurlu xalq kimi qeyd edir. Bu 3 ilin Həmrəylik Günü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan şanlı zəfər, Azərbaycanın torpaqlarınını işğaldan azad olunmağı ilə əlaqədar xüsusi coşqu və milli birlik şəraitində keçirilir. Dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıların birliyi heç zaman bu iki ildə olduğu qədər əzəmətli olmamışdı. Uzun illər azərbaycanlılarının Həmrəylik Günü indiki qədər xüsusi qürur və iftixar hissi ilə keçirilmirdi.
Azərbaycan ordusunun möhtəşəm qələbəsi xalqımızın bütün həyatına və bundan sonrakı taleyinə güvənc gətirdiyi kimi, milli həmrəyliyimizin daha da güclənməsinə, qüdrətli ölkəyə çevrilməsinə də özünün müstəsna töhfəsini vermişdi.
Bəşəriyyət bir neçə gündən sonra təzə ilə qədəm qoyacaq. Yola saldığımız il və bu ildə dünya tarixində ən önəmli hadisə kimi Azərbaycan Respublikasının Tarix yazan Fatehi cənab İham Əliyev in və Rəşadətli ordumuzun sayəsində 30 il boyu həll olmayaraq düyünə düşmüş Qarabağ münaqişəsinin həll edilməsi ilə yadda qalır. Dünya nə qədər inkişaf etsə də, xalqların və ölkələrin taleyində acı rol oynayan müharibələr, təcavüzlər, toqquşmalar hələ də yaşanmaqdadır. Çox təəssüf ki, bir sıra hallarda beynəlxalq hüquq susur və beynəlxalq hüququn tətbiqi üçün yaradılmış təşkilatlar isə seyriçi mövqe göstərirlər. Elə bil dünya liderləri ancaq Qan tökməyin, uçurmağın, tağıtmaqın aşiqdirlər. Biz insan olaraq həmişə bilmişik ki, güclülər haqqı ədaləti bərpa edər, haqqı qəsb olunmuşun yanında olar, hüquqları pozulmuş insanların hüquqların müdafiə edər. Bir dəfə görmədim ki, bütün günü sülh, demokratiyaya, insan azadlığından dəm vuran dünya liderləri çıxıb desin ki, qondarma erməni dövləti siz Azərbaycanın 20 % torpaqların işğal etmisiniz. Artıq çəkilin o torpaqlardan, qaytarın o torpaqları həqiqi sahiblərinə. Bir dəfə olsun belə dünyanın özünə demokrat deyən liderləri çıxıb bu sözü demədi, niyə demədilər, bilirsinizmi?? Çünki, onlar söz xatirinə öz ölkələrində Azadlıq, demokratiya olduğun deyirlər. Əslində demək olar ki, dünya Liderlərinin bir çoxu yəni, söhbət söz sahiblərindən və güclülərdən gedir. Hamsı öldürməyin, qanın, şiddətin, kəsməyin ,doğramağın, dağıtmağın, uçurmağın, xaraba qoymağın aşiqləridirlər.
Fikir versəniz gprərsiz ki, hər il dünya liderlərinin biri ya ikisi və ya bir çoxu ölür və digər dünya liderləri də bunu öz real gözləri ilə görürlər. Ancaq bununla belə yenə də haqq yoluna, ədalət yoluna dönmək yerinə əksinə birazda azğınlaşırlar. Təsəvvür edin, keçdiyimiz bu 30 ildə dünyanın bütün Liderləri istər güclü liderləri istər zəif, hər biri bilirdiki qondarma erməni dövləti Azərbaycan Torpaqlarının 20% ni işğal edib, bir milyondan çox vətəndaşımızı qaçqın edib, nə qədər insanlarımız itgin düşüb, uşaqlar ölüb, çox sayda insanlar dünyadan köçüb, ölkəyə böyük ziyan dəyib. Bununla belə bu 30 il boyu dünyanın ən güclü liderləri utanmadan, qızarmadan haqdan, ədalətdən, söz azadlığı, demokratiyadan danışdılar ancaq qonarma erməni əsgərlərinin Azərbaycanın ərazisindən çıxmaları barədə bir kəlmə belə söz demədilər.

Əgər bu 30 ilin hansısa ilində məsələn 2000 ci, 2003 cü, 2005 ci, 2010 cu və üzü bəri digər illərdə Almaniya Amerika, Fransa, İtaliya, İngiltərə, Rusiya, Çin, İran və adların qeyd etmədiyim bir neçə digər ölkələr bir kəlmə, çox demirəm bircə kəlmə desəydilər Erməni Dövləti Azərbaycan Ərazilərindən çıxsın, Qondarma Erməni dövləti dərhal bir kəlmə demədən Azərbaycanın İşğal etdikləri ərazilərin boşaldıb çıxardılar. Biri bir kəlmə desəydilər Qarabağ münaqişəsi 30 il uzanmaz, çox-çox əvvəl ədalətli həllini tapardı... Ancaq nə oldu, dünya Liderlərinin, Beynəlxalq hüququn etməli olduğu işi Azərbaycan Ordusu yerinə yetirdi, ölkəmizin tarixinin şanlı səhifəsi yazıldı. Ancaq bu qeyd etdiyim ölkələrin liderləri heç vaxt demədi. Bilirsiz niyə? Çünki bu qansız dünya Liderləri digər ölkələrdə insanların qanının tökülməsindən xoşları gəlir, Allah bunların tezliklə bəlasın versin, Amin.
Dünyada mövcud olan bütün pis işləri dünya Liderləri haqdan, ədalətdən, azadlıq və demokratiyadan danışa - danışa həyata keçirirlər.

Eşq olsun Qəhraman Ali Baş Komandanımıza, Eşq olsun Müzəffər Azərbaycan ordusuna ki, belə zalım dünya Liderlərinin arzuların ürəylərində, gözlərində qoydunuz... Yəqin Azərbaycan xalqı unutmayıb, Bütün dünya Liderləri danışanda deyirdilər Qarabağ məsələsi həll olmaz məsələdir, həll olunması qeyri mümkün olan məsələdir. Ancaq Azərbaycan Respublikasın Prezidenti cənab Ilham Aliyev heç bir ölkədən kömək və yardım almadan təkcə özünün Rəşadətli ordusu ilə o həll olmaz, həll olunması qeyri mümkün olan məsələni həll etdi, mümkün olmayanı mümkün etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Aliyev , Türkiyə Respublikasının Prezidenti cənab Recep Tayyip Erdoğan dünyada sülhün, əmin - amanlığın tərəfdarı olduğu halda, digər dünya Liderləri zalımlığın, qan tökməyin tərəfdarıdır... Axı niyə...

Müzəffər Ali Baş Komandan cənab Ilham Aliyev Rəşadətli Azərbaycan ordusu ilə birlikdə Qarabağı işğaldan azad edərək Azərbaycan Ordusunun zəfər çalması əhəmiyyəti təkcə ölkəmizin hüdudları ilə məhdudlaşmır. O, beynəlxalq hüququn və təşkilatların seyriçi mövqeyi ucbatından donub qalmış münaqişələrin həlli yollarına işıq saçır. Azərbaycan bir çox sahələrdə olduğu kimi, 44 günlük Vətən Müharibəsində bu sahədə də dünyaya nümunə göstərdi, ibrət dərsi verdi. Buna görə də qəti əminəm ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin şanlı zəfəri 2020-ci ilin əsas hadisəsi kimi dünyanın tarixinə həkk olunub, çünki bu qələbə tək Azərbaycana yox, bütün Cənubi Qafqaza sülh və əminamanlıq bəxş etmişdir.

Tanrı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, Rəşadətli Azərbaycan ordusun və Qəhraman xalqımızı qorusun.



Nigar Məmmədova,
Quba Rayon Rizvan Cəbrayılov adına Təngəaltı kənd tam orta məktəbin müəllimi, YAP-nın üzvi

Qalib ölkənin Həmrəylik Bayramı

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ