Sizin reklam burada
Sizin reklam burada

Ermənistan XİN: Yaxın zamanda Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü planlaşdırılmır

Ermənistan XİN: Yaxın zamanda Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin görüşü planlaşdırılmır



Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndələrin görüşü gözlənilmir.

APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi "Twitter"də bildirib.

Narışkin: “Şimal axını”ndakı təxribatda Qərb izini göstərən materiallar var
Moskvada qismən səfərbərlik başa çatıb
AEBA-nın direktoru İrəvanda Paşinyanla danışıqlar aparıb
"Yaxın zamanda Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndələrin görüşü planlaşdırılmır", - deyə o bildirib.

Qeyd edək ki, xüsusi nümayəndələrin iyulda baş tutan görüşündə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, yəni birbaşa hava yükdaşımalarının başlanması və üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması məsələlərini müzakirə etmək üçün sərhəddə iki ölkənin müvafiq orqanlarının nümayəndələrinin görüşü planlaşdırılır.

Xatırladaq ki, Türkiyənin "Sabah" qəzeti diplomatik mənbələrə istinadən xüsusi nümayəndələrin görüşü barədə məlumat yayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ