Sizin reklam burada
Sizin reklam burada

Mingəçevirdə həyətləri su basıb, ağaclar aşıb: Xəsarət alan var

Mingəçevirdə həyətləri su basıb, ağaclar aşıb: Xəsarət alan var
Qeyri-sabit havanın Mingəçevirdə yaratdığı fəsadlar aradan qaldırılır.

Bu barədə “Report”un Qarabağ bürosuna Mingəçevir Şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Qeyd olunub ki, güclü yağış və küləklə başlayan təbii fəlakət şəhər ərazisində selə səbəb olub. Daşqın zamanı fərdi təsərrüfatlara dolan su vətəndaşların əkinlərinə və evlərinə ziyan vurub.

Şəhərin bir neçə küçəsində küləyin təsiri nəticəsində aşan ağaclar yollarda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaradıb. Ağacların aşması nəticəsində bir minik avtomobilinə ziyan dəyib, bir nəfər isə xəsarət alıb.

Həmçinin bildirilib ki, aidiyyəti qurumlarla birgə təbii fəlakət nəticəsində baş verən fəsadlar aradan qaldırılır.

Hazırda şəhərə dəyən ziyanın məbləği hesablanır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ