
Azərbaycan xalqı tarix boyu azadlıq uğrunda böyük mübarizələr aparıb. 1918-ci ilin 28 may tarixində əldə olunan müstəqillik bu mübarizənin ən böyük nəticəsi oldu. Azərbaycan Milli Şurası tərəfindən elan edilən müstəqillik xalqımıza yeni bir gələcəyin qapılarını açdı.
Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda dövlət quruculuğu istiqamətində mühüm addımlar atdı. Milli ordu yaradıldı, təhsil sistemində yeniliklər edildi, dövlət atributları təsis olundu. Bütün bunlar Azərbaycan xalqının yüksək siyasi düşüncəyə və dövlət idarəetmə qabiliyyətinə malik olduğunu göstərirdi.
Bu gün müstəqil Azərbaycan regionun ən güclü dövlətlərindən biridir. Dövlətimizin əldə etdiyi uğurlar şəhidlərimizin qanı, xalqımızın birliyi və dövlətə sədaqəti nəticəsində mümkün olmuşdur. Hər bir vətəndaş müstəqilliyimizi qorumağı və onu daha da möhkəmləndirməyi özünə borc bilməlidir.
28 May yalnız bayram deyil, həm də milli kimliyimizin və dövlətçilik ənənələrimizin simvoludur.
28 May – Müstəqillik Gününüz mübarək! Qoy Azərbaycan daim sülh, inkişaf və tərəqqi yolunda irəliləsin!
Aysel Əliyeva
Ucar şəhər 4 saylı Körpələr Evi- Uşaq Bağçasının müdiri
