Sizin reklam burada
Sizin reklam burada

Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər

Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər


Hazır qidaların istehsalında istifadə olunan bəzi konservantların ürək və damar xəstəlikləri riskini artırdığı aşkarlanıb.
Fransada aparılan yeni araşdırma nəticəsində qidalara qatılan bəzi qoruyucu maddələrin yüksək təzyiq, infarkt və insult riski ilə birbaşa əlaqəli olduğu müəyyən edilib.
Sözügedən elmi tədqiqat 112 mindən çox insan üzərində aparılıb.
Araşdırmaya görə, tərkibində konservantlar olan qidaları müntəzəm və çox istehlak edən şəxslərdə yüksək təzyiq riski 29%, ürək-damar xəstəlikləri riski isə 16% daha yüksək qeydə alınıb.
Hətta “təbii” hesab edilən limon turşusunun (sitratların) da orqanizmə mənfi təsirləri olduğu bildirilib.
Ekspertlər sağlamlıq risklərini minimuma endirmək üçün emal olunmuş məhsullardan uzaq durmağı, daha çox təbii və qatqısız qidalara üstünlük verməyi tövsiyə edirlər.

  • Sosial şəbəkədə paylaş