Sizin reklam burada
Sizin reklam burada

28 May – Tarixdən Gələcəyə Uzanan Müstəqillik Yolu

28 May – Tarixdən Gələcəyə Uzanan Müstəqillik Yolu

28 May Azərbaycan xalqının milli yaddaşında əbədi yaşayacaq müqəddəs tarixdir. Bu gün xalqımızın azadlıq arzularının gerçəkləşdiyi, milli dövlətçiliyimizin yenidən doğulduğu gündür. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli demokratik respublika kimi tarixə düşdü.
Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə böyük uğurlar qazandı. Dövlət quruculuğu istiqamətində atılan addımlar gələcək müstəqil Azərbaycanın əsasını formalaşdırdı. Maarifçilik, milli birlik, hüquqi dövlət anlayışı və demokratik dəyərlər həmin dövrün əsas prinsipləri idi.
Müstəqillik illərində Azərbaycan böyük inkişaf yolu keçib. Güclü iqtisadiyyat, müasir ordu və beynəlxalq nüfuz ölkəmizin uğurlarını nümayiş etdirir. Bu nailiyyətlərin əsasında isə xalqımızın vətən sevgisi və dövlətinə bağlılığı dayanır.
28 May bizə bir daha xatırladır ki, müstəqillik qorunmalı, ona sahib çıxılmalıdır. Hər bir azərbaycanlı bu müqəddəs mirası gələcək nəsillərə layiqincə ötürməlidir.
28 May – Müstəqillik Gününüz mübarək! Allah Azərbaycanı qorusun, bayrağımız daim uca zirvələrdə dalğalansın!


Hafiz Kərimov
ATİAHİ-nın İsmayıllı rayon Komitəsinin sədri

  • Sosial şəbəkədə paylaş