





13 sentyabr tarixində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov arasında görüş keçirilib. Regional Təhsil İdarəsinin binasında keçirilən görüşdə hər iki idarənin əməkdaşları və rayon sektor müdirləri iştirak edib.
Əməkdaşlıq və qarşılıqlı dialoq formatında keçirilən görüşdə gələcəkdə hər iki idarənin birgə icra edəcəyi işlər və layihələr geniş formada müzakirə edilib.