Sizin reklam burada
Sizin reklam burada

Zaqatalada 1,7 ton narkotik tərkibli bitki məhv edilib

Zaqatalada 1,7 ton narkotik tərkibli bitki məhv edilib
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Aşağı Tala kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 1 ton 730 kiloqram olan 2428 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ