Sizin reklam burada
Sizin reklam burada

Şəhid ailələri və müharibə əlilləri üçün 800 fərdi yaşayış evi inşa olunur

Şəhid ailələri və müharibə əlilləri üçün  800 fərdi yaşayış evi inşa olunur

Onlardan artıq bir hissəsinin inşası yekunlaşmaq üzrədir
Prezident İlham Əliyevin tapşırığına əsasən bu il Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda olmaqla ən azı 1500
mənzil və fərdi evin verilməsi işləri aparılır.
Cari ilin ötən dövründə artıq 554 mənzil qeyd edilən kateqoriyalardan olan vətəndaşlara
təqdim edilib. İlin sonuna qədər yeni yaşayış binalarından alınmaqla daha 200-dən çox mənzilin
və 800 fərdi yaşayış evinin şəhid ailələrinə və müharibə əlillərinə verilməsi nəzərdə tutulub.
Hazırda həmin fərdi evlərin inşası işləri aparılır. Onlardan bir hissəsinin tikintisi artıq
yekunlaşmaq üzrədir, yaxın bir ay ərzində sahiblərinə təqdim edilməsi planlaşdırılıb.
Məlumat üçün bildirək ki, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə
əlillərinə 8142 mənzil və fərdi ev verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ