Sizin reklam burada
Sizin reklam burada

“Sosial Bağlar” layihəsinə cəlb olunmaq üçün müraciətlərin qəbulu davam edir

“Sosial Bağlar” layihəsinə cəlb olunmaq üçün  müraciətlərin qəbulu davam edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun
“Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial Bağlar”
layihəsinə cəlb olunmaq üçün müraciətlərin qeydiyyatı davam edir.
Özünüməşğulluq proqramına dəstək məqsədilə icra olunan layihə
bağçılıq üçün əlverişli şəraiti olan 16 rayonu (Astara, Balakən, İsmayıllı,
Lənkəran, Oğuz, Qəbələ, Quba, Qusar, Şabran, Şamaxı, Şəki, Şəmkir,
Siyəzən, Xaçmaz, Yevlax, Zaqatala) əhatə edir.
Həmin rayonlarda mülkiyyətində kənd təsərrüfatına yararlı pay
torpağı olub, digər məşğulluğu olmayan şəxslər qeydiyyatdan keçmək üçün
müvafiq Ərazi Məşğulluq Mərkəzinə müraciət edə bilərlər. Layihəyə cəlb
edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq
meyarlarına uyğunluğu və topağın bağçılıq üçün yararlı olması əsas
götürülür.
Daxil olan müraciətlər əsasında 250 aztəminatlı ailə seçilərək ilk
növbədə onlara məxsus torpaq sahələrində monitorinqlər aparılacaq.
Ehtiyaclar müəyyən edildikdən sonra həmin sahələrdə intensiv bağ
təsərrüfatları salınacaq.
Son müraciət tarixi sentyabrın 1-dir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ