Sizin reklam burada
Sizin reklam burada

Onlayn biznes-forumda sosial müdafiə sahəsində aparılan islahatlar, bu sahədə innovativ yeniliklər barədə məlumat verilib

Onlayn biznes-forumda sosial müdafiə sahəsində aparılan  islahatlar, bu sahədə innovativ yeniliklər barədə məlumat verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial
Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişovun iştirakı ilə
“Caspian Energy Club”un onlayn B2G biznes-forumu keçirilib.
“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev bu kimi
biznes-forumların əhəmiyyətini və böyük maraq doğurduğunu, hazırkı tədbirin də sosial
müdafiə sahəsində islahatlara həsr olunduğunu qeyd edib.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sosial sahədə aparılan
islahatlar barədə məlumat verən H.Məmişov pensiya və müavinətlərin, təqaüdlərin
şəkildə artırılması istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. Bu sahəyə
ayrılan vəsaitlərdəki ciddi artımı, pensiya, müavinət və təqaüdlərin təyinatının
elektronlaşdırıldığını qeyd edib. Fondun publik hüquqi şəxsə çevrildiyini bildirən
H.Məmişov bunun ilk növbədə qurumun fəaliyyətində inzibatçılıqdan əhaliyə xidmət
modelinə keçidi təmin etdiyini vurğulayıb.
O, Fondda struktur islahatlarını və bu islahatların optimal və şəffaf idarəçilik,
əhaliyə xidmətin keyfiyyətinin artırılması baxımından müsbət nəticələrini qeyd edib.
Sosial müdafiə sahəsində xərclərin optimallaşdırılması, şəffaflığın təmin edilməsi və
əsassız xərclərin qarşısının alınması sahəsində görülən işləri diqqətə çatdırıb. Ciddi
maliyyə qənaətləri formalaşdırıldığını, 238 mln. manatın qənaət olunmaqla büdcəyə
qaytarıldığını deyib.
H.Məmişov sosial təmimnat sahəsində qanunvericiliyə edilən, həssas qrupların
daha dolğun təminatına şərait yaradan dəyişikliklər barədə də məlumat verib.
Verilən məlumatlar, habelə pensiya, müavinət və təqaüdlərin proaktiv təyinatı
sahəsində innovativ yeniliklər iştirakçılar tərəfindən maraqla qarşılanıb.
H.Məmişov iştirakçıların suallarını cavablandırıb. Ölkənin aparıcı şirkətlərinin
təmsil olunduğu forumda sığortaedənləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi
aparılıb.
Onlayn biznes-forumda sosial müdafiə sahəsində aparılan  islahatlar, bu sahədə innovativ yeniliklər barədə məlumat verilib

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ