Sizin reklam burada
Sizin reklam burada

Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu AÇIQLANDI


Sentyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 34-39° isti olacaq.

Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 25-30% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ