Sizin reklam burada
Sizin reklam burada

Nazirlik əməkdaşları iki nəfəri xilas edib: Biri azyaşlıdır - RƏSMİ

Nazirlik əməkdaşları iki nəfəri xilas edib: Biri azyaşlıdır - RƏSMİ


Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində biri azyaşlı olmaqla iki nəfər xilas edilib, bir nəfər yanıq xəsarəti alıb, bir nəfərin barmağında sıxılaraq qalan halqa xilasedicilər tərəfindən həkim nəzarəti altında müvafiq qaydada çıxarılıb.

Həmçinin, Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş Həsənova Mehriban Əziz qızının meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ