Moskva məhkəməsi biznes-bloger Dmitri Portnyaqini 5 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə “Mk.ru” məlumat yayıb.
Bildirilib ki, Portnyaqin çirkli pulların yuyulmasında ittiham olunur. İstintaqa görə, o, 2018-2020-ci illərdə 124 milyon rubldan çox vergi ödəməyib, daha sonra isə 91 milyon rubldan çox vəsaiti üçüncü şəxslərin hesablarına köçürərək leqallaşdırıb.
Portnyaqin ittihamı qəbul etməyib. Bununla yanaşı onun həyat yoldaşı Yekaterina da saxlanılıb.
Prokurorluq Yekaterina üçün 7,5 il həbs istəyib.

