Cənubi Afrikada ticarət mərkəzinin tualetindəki zibil qutusundan yeni doğulmuş körpə tapılıb.
Tualetdən gələn qeyri-adi səsi eşidən şəxs mühafizəçilərə məlumat verib. Yoxlama zamanı zibil qutusunda körpə tapılıb və təcili tibbi yardım çağırılıb.
Körpə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onun hazırkı vəziyyəti barədə məlumat açıqlanmayıb.
Polis hadisə ilə bağlı 25 yaşlı qadını saxlayıb. Hüquq-mühafizə orqanları onun körpə ilə əlaqəsini və hadisənin təfərrüatını araşdırır.

