Sizin reklam burada
Sizin reklam burada

Tənhalıq beyni qocalda bilər - Həkimdən xəbərdarlıq

Tənhalıq beyni qocalda bilər - Həkimdən xəbərdarlıq


Tənhalıq yaşlı insanlarda yaddaş problemlərinə və beynin fəaliyyətinin zəifləməsinə səbəb ola bilər.

Bu barədə rusiyalı həkim Denis Prokofyev məlumat verib.

Onun sözlərinə görə, insanların birlikdə yaşaması, bir-birinə qayğı göstərməsi, gəzintiyə çıxması və emosiyalarını bölüşməsi beyin fəaliyyətinin qorunmasına kömək edir.

Yaxınların dərman qəbulu, vacib tarixlər və gündəlik işlər barədə bir-birinə xatırlatması da beynin fəallığının saxlanılmasında mühüm rol oynayır. Həkim qeyd edib ki, ünsiyyət çatışmazlığı koqnitiv pozuntular riskini artırır.

Yapon alimlərin 2025-ci ildə 65 yaşdan yuxarı, təxminən 9 min nəfərin məlumatları əsasında apardığı araşdırmada ünsiyyətin azalması ilə beynin həcminin kiçilməsi arasında əlaqə aşkarlanıb.

Mütəxəssislər həmçinin beynin normal fəaliyyəti üçün kifayət qədər oksigen qəbulunun vacibliyini vurğulayırlar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ