Rusiyanın Yaroslavl vilayətində pirotexniki vasitələr istehsal olunan müəssisədə baş vermiş yanğın nəticəsində ölənlərin sayı 10-a çatıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, yaralanan 11 nəfərdən 10-u ölüb. Xilasetmə bölmələri dağıntıların aradan qaldırılması ilə məşğuldur.

