Sizin reklam burada
Sizin reklam burada

Baş nazirin hesabı ələ keçirildi: İsraillə bağlı paylaşımı sildilər

Baş nazirin hesabı ələ keçirildi: İsraillə bağlı paylaşımı sildilər


Livanın baş naziri Nevvaf Salam "X" hesabının ələ keçirildiyini və İsrailin ölkənin cənubuna hücumlarını tənqid edən paylaşımının silindiyini açıqlayıb.

Salam bildirib ki, hesabına icazəsiz giriş edən şəxs onun paylaşımını silib.

Baş nazir daha sonra həmin mətni yenidən yayımlayaraq İsrailin yaşayış evləri, infrastruktur və ibadət yerlərinə zərbələrini beynəlxalq hüququn ciddi pozuntusu adlandırıb.

O, Livanın suverenliyinin və cənub sakinlərinin öz torpaqlarına qayıtmaq hüququnun müzakirə mövzusu olmadığını vurğulayıb.

Qeyd edək ki, Livan və İsrail arasında iyunun 26-da əldə olunan razılaşma İsrail qüvvələrinin Livan ərazisindən mərhələli şəkildə çıxmasını nəzərdə tutur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ