Sizin reklam burada
Sizin reklam burada

Trampdan özəl şirkətlərə “haker” səlahiyyəti - Yeni qərar

Trampdan özəl şirkətlərə “haker” səlahiyyəti - Yeni qərar

ABŞ prezidenti Donald Tramp özəl şirkətlərin xarici cinayətkar strukturlara qarşı məhdud kiberəməliyyatlar həyata keçirməsinə imkan verən memorandum imzalayıb.

Sənədə əsasən, hökumətin nəzarəti altında yoxlanılmış şirkətlər “kibermüşahidə” və “kiber təsir” əməliyyatlarında iştirak edə biləcək.

Ağ Evin məlumatına görə, məqsəd xaricdə fəaliyyət göstərən transmilli cinayətkar təşkilatların, o cümlədən fidyə proqramları və maliyyə fırıldaqları ilə məşğul olan qrupların fəaliyyətini zəiflətməkdir.

Memorandum şirkətlərə limitsiz haker hücumları həyata keçirmək hüququ vermir. Əməliyyatlar yalnız ABŞ hökumətinin göstərişi və nəzarəti ilə aparılacaq.

Sənəddə kibertəsirin informasiya sistemlərinin və şəbəkələrin fəaliyyətinin pozulması, zəiflədilməsi və ya dayandırılmasını əhatə edə biləcəyi qeyd olunur.

Proqram ABŞ Daxili Təhlükəsizlik və Ədliyyə nazirliklərinin nəzarəti altında həyata keçiriləcək. İştirakçı şirkətlərdən ən azı 1 milyon dollar məbləğində təminat tələb olunacaq.

"The Guardian" nəşri yazır ki, bu yanaşma kibermünaqişələrdə eskalasiya və hüquqi risklərlə bağlı narahatlıqlar doğurub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ