Azərbaycanda xarici ticarətin gömrük statistikası məlumatlarının təqdim edildiyi dövlət qurumlarının siyahısı genişləndirilib.
Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" və "Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" qanunun tətbiqi barədə fərmanlarında dəyişiklik edib.
Dəyişikliyə əsasən, Dövlət Gömrük Komitəsi (DGK) bütün ixrac-idxal əməliyyatları üzrə formalaşan xarici ticarət statistikasını digər aidiyyəti qurumlarla yanaşı, bundan sonra Kənd Təsərrüfatı Nazirliyinə də təqdim edəcək.

