Sizin reklam burada
Sizin reklam burada

İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu

İngiltərədə son 190 ilin ən quraq ayı: Hər yer qurudu

İngiltərədə rekord səviyyədə quraqlıq yaşanır.

Bu barədə İngiltərə Meteorologiya Xidməti (Met Office) məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin iyul ayı son 190 ilin ən quraq iyul ayı olub.

Bu dövrdə İngiltərədə cəmi 6,5 mm, Uelsdə isə 9,3 mm yağıntı düşüb ki, bu da tarixdə qeydə alınan ən aşağı göstəricilərdən biridir.

Quraqlıq ölkənin böyük hissəsində qeyri-adi yüksək temperaturla müşayiət olunub. İyul ayı İngiltərədə indiyədək qeydə alınan ikinci ən isti, Uelsdə isə ən isti iyul ayı kimi tarixə düşüb.

  • Sosial şəbəkədə paylaş