Sizin reklam burada
Sizin reklam burada

Ermənistanda zəlzələ oldu

Ermənistanda zəlzələ oldu


Ermənistanın Sünik bölgəsində 3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Yeraltı təkanlar avqustun 4-də yerli vaxtla saat 11:54-də Sisyan şəhərindən 23 km cənub-qərbdə qeydə alınıb.

Qeyd olunur ki, mənbə 10 km dərinlikdə yerləşir və episentrdə təkanın gücü 4 bal olub.

Zəlzələ Sisyan və Dəstəkert şəhərlərində, həmçinin Arevis, Tanaat, Taşik, Salvard və Torunik kəndlərində 2-3 bal gücündə hiss olunub.

  • Sosial şəbəkədə paylaş