Sizin reklam burada
Sizin reklam burada

Bağçalara növbəyə yazılma dayandırıldı

Bağçalara növbəyə yazılma dayandırıldı

Məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, avqustun 5-dən etibarən 2026-2027-ci tədris ili üzrə bağçalarda qrupların formalaşdırılması ilə əlaqədar yeni növbələrin yaradılması dayandırılıb.

Bildirilib ki, qrupların komplektləşdirilməsi yekunlaşdıqdan sonra vakant qalan yerlər üzrə uşaqların qəbulu il ərzində davam etdiriləcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi elektron şəkildə "mygov" portalı üzərindən həyata keçirilir.

  • Sosial şəbəkədə paylaş