İordaniya Silahlı Qüvvələri ölkənin hava hücumundan müdafiə sistemlərinin İran ərazisindən buraxılan beş raketi zərərsizləşdirdiyini açıqlayıb.
Bu barədə İordaniyanın dövlət xəbər agentliyi "Petra" məlumat yayıb.
Məlumata görə, raketlərin hamısı havada məhv edilib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Rəsmi açıqlamada bildirilib ki, hərbçilərin operativ və peşəkar fəaliyyəti raketlərin ölkə ərazisinə düşməsinin qarşısını alıb.
