Sizin reklam burada
Sizin reklam burada

Maaş və pensiya kartları ilə bağlı yenilik - Sentyabrdan etibarən...

Maaş və pensiya kartları ilə bağlı yenilik - Sentyabrdan etibarən...

Azərbaycan Mərkəzi Bankı maaş və pensiya kartları bazarında rəqabətin artırılması istiqamətində yeni mexanizmlər hazırlayır.

Bunu bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA-ya müsahibəsində bildirib.

O, sentyabr-oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmaların tətbiq ediləcəyini elan edib.

"Hazırda texniki işlər görülür", - deyə Mərkəzi Bankın sədri qeyd edib.

T.Kazımov bu addımın rəqabətliliyin artırılmasına təkan verəcəyini deyib.

Qeyd edək ki, o, yeniliyin nədən ibarət olduğuna isə aydınlıq gətirməyib.

  • Sosial şəbəkədə paylaş