Sizin reklam burada
Sizin reklam burada

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...


Qərb ölkələrinin Asiyada NATO-ya bənzər yeni hərbi alyans yaratmaq təşəbbüsü region üçün ciddi təhlükə yarada bilər.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko "Arctic.ru" portalına müsahibəsində deyib.

Diplomatın sözlərinə görə, bu təşəbbüs əsasən ABŞ və bəzi Avropa ölkələri tərəfindən irəli sürülür. Hətta alyans üçün artıq "Hind-Sakit Okean Müqaviləsi Təşkilatı" adı da təklif olunub.

Rudenko bildirib ki, belə bir blokun yaradılması Asiya üçün yaxşı heç nə vəd etmir.

"Yuqoslaviya, İraq və Liviyadakı NATO-nun tarixi irsi hər kəsə məlumdur. İndi isə Ukraynanı bıçaq altına veriblər", - deyə o vurğulayıb.

Rusiya rəsmisi hesab edir ki, Asiyada NATO tipli hərbi blokun formalaşdırılması regionda gərginliyi daha da artıracaq.

Qeyd edək ki, NATO son dövrlər Ukrayna ilə əməkdaşlığını genişləndirir. Bu yaxınlarda alyans rəhbərliyi Ukrayna Hərbi Dəniz Qüvvələrinə NATO-nun müəyyən qüvvələrinin idarə olunmasında iştirak etmək imkanı verib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ