Sizin reklam burada
Sizin reklam burada

Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi

Əlaqələri kəs, onları həbs et - Avropadan Ermənistana Rusiya tələbi


Avropa İttifaqı (Aİ) Ermənistandan strateji sektorlarda Rusiya investisiyasını azaltmağı, həmçinin, humanitar əlaqələri kəsməyi və buna qarşı çıxan müxalifləri neytrallaşdırmağı tələb edir.

Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.

SVR-dən bildirilib ki, Brüssel Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə iqtisadi böhranla üzləşəcəyini bilir. Bir sıra Avropa ölkəsi isə bazarlarını Ermənistan malların açmağa hazır olmadıqlarını, bunun öz istehsalçılarının zərərinə olduğunu Aİ liderlərinə çatdırıblar.

“Brüssel bürokratları İrəvanı qeyd-şərtsiz dəstəkləməyə inandırmağa davam edirlər. Aİ Ermənistana bildirir ki, konkret yardımların gecikməsi İrəvanın Avrointeqrasiya siyasətindəki addımları ilə bağlıdır. Ermənistanda Rusiyaya qarşı addımları genişləndirməsini istəyirlər”, - SVR iddia edir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ