Sizin reklam burada
Sizin reklam burada

Məktəblərdə telefondan istifadəni qadağan edirlər

Məktəblərdə telefondan istifadəni qadağan edirlər



Çexiya məktəblərində mobil telefonların istifadəsini qadağan edəcək qanun layihəsi hazırlanır.

Baş nazir Andrey Babiş və Təhsil naziri Robert Plaqa tərəfindən hazırlanan qanun layihəsi bağçalarda, ibtidai məktəblərdə, orta məktəblərdə və çoxillik liseylərdə mobil telefonların və digər elektron rabitə cihazlarının istifadəsini qadağan edəcək.

Qaydanın fasilələri və dərsdənkənar proqramları da əhatə edəcəyi bildirilir.

Uşaq Hüquqları üzrə Ombudsman Martin Benes təklifə qarşı çıxıb və məktəblərin telefon istifadəsini öz daxili qaydaları çərçivəsində tənzimləmək səlahiyyətinə malik olduğunu iddia edib.

  • Sosial şəbəkədə paylaş