Sizin reklam burada
Sizin reklam burada

Rusiyada oktyabrdan ərzaq vauçerləri tətbiq oluna bilər

Rusiyada oktyabrdan ərzaq vauçerləri tətbiq oluna bilər


Rusiyada 2026-cı ilin oktyabr ayından etibarən aztəminatlı əhali üçün ərzaq vauçerlərinin tətbiq oluna biləcəyi iddia edilir.

Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

İddialara görə, bu proqnoz Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinanın Prezident Vladimir Putinə təqdim etdiyi hesabatda əks olunub.

Məlumatda qeyd edilir ki, ölkədə ərzaq qıtlığı və ya aclıq təhlükəsi gözlənilmir. Bununla belə, yüksək inflyasiya səbəbindən əsas ərzaq və zəruri malları almaqda çətinlik çəkən vətəndaşların dəstəklənməsi məqsədilə ərzaq vauçerlərinin tətbiqinin oktyabr ayından gec olmayaraq başlanacağı ehtimal edilir.

  • Sosial şəbəkədə paylaş