Sizin reklam burada
Sizin reklam burada

Salahın transferi hələ dəqiqləşməyib - “Beşiktaş” prezidenti

Salahın transferi hələ dəqiqləşməyib - “Beşiktaş” prezidenti


Nüfuzlu türk jurnalistləri müxtəlif media xəbərlərinin əksinə olaraq, Məhəmməd Salahın “Beşiktaş”a keçidinin hələ də yekunlaşmadığını bildiriblər.

Danışıqlar maliyyə problemləri səbəbindən çətinləşib.

Yağız Sabuncuoğlu “Facebook” səhifəsində yazıb: “Dünən gecə qeyd etdiyim kimi, Salahla maliyyə şərtləri ilə bağlı razılıq əldə edilib. Lakin oyunçunun əlavə tələbi səbəbindən müqavilə hələ imzalanmayıb. Salahın vəkili planlaşdırılan proqramının bir hissəsi olaraq Dubaya səfər edib. Tibbi müayinə və imzalanma prosesi başlasa, o, İstanbula qayıdacaq”.

Mən indicə “Beşiktaş” prezidenti Serdal Adalı ilə danışdım. Salahın transferi ilə bağlı dedi: “Transfer hələ dəqiqləşməyib. Transferin başa çatdığı xəbəri yayıldıqdan sonra agentlər rəqəmləri astronomik səviyyəyə qaldırmaq istəyərək dəyişdirdilər. Biz bunu qəbul etmədik. Danışıqlarımız davam edir. Biz Salahı çox sevirik və oyunçu ilə bütün məsələlərdə razılığa gəlmişik, amma hamıya bildirin: prioritetimiz “Beşiktaş”ın maraqlarıdır. Biz bu istiqamətdə irəliləyirik. Azarkeşlərimiz əmin olsunlar”, – Candaş Tolqa İşık sosial media səhifələrində yazıb.

Məhəmməd Salah “Liverpul”la müqaviləsi başa çatdıqdan sonra azad agentdir.

  • Sosial şəbəkədə paylaş