Sizin reklam burada
Sizin reklam burada

Bir gündə 280-ə yaxın PUA vurdular

Bir gündə 280-ə yaxın PUA vurdular


Rusiya Hava Hücumundan Müdafiə (HHM) vasitələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 274 pilotsuz uçuş aparatını (PUA) və ABŞ istehsalı olan "HIMARS" raketini zərərsizləşdirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin rəsmi açıqlamasında bildirilir ki, sutka ərzində həyata keçirilən əməliyyatlar nəticəsində Ukrayna ordusuna məxsus müxtəlif təyinatlı hava hədəfləri məhv edilib:
"Hava Hücumundan Müdafiə vasitələri ilə 6 ədəd idarə olunan aviabomba, ABŞ istehsalı olan bir ədəd 'HIMARS' yaylım atəşli reaktiv sisteminin mərmisi, bir ədəd 'Neptun' uzaqmənzilli idarə olunan raketi və 274 ədəd təyyarə tipli pilotsuz uçuş aparatı vurulub", - deyə məlumatda qeyd olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ