Sizin reklam burada
Sizin reklam burada

Məşhur stadion yandı

Məşhur stadion yandı


İsveçrə Superliqasının 33-cü turu çərçivəsində “Bazel” ilə “Tun” arasında keçirilməli olan oyun soyunub-geyinmə otaqlarında baş verən yanğın səbəbindən təxirə salınıb.
Bu barədə “Reuters” məlumat yayıb.
“Dəyən ziyana və lazımi oyun, eləcə də tibbi avadanlığın olmamasına görə “Bazel” “Tun”a qarşı səfər matçını keçirə bilmir”, – deyə “Bazel açıqlama yayıb.
“Qırmızı-göylər”in ev stadionu olan “Sankt-Yakob Park”da baş verən yanğın nəticəsində forma dəstləri, butslar, həmçinin tibbi və texniki avadanlıqlar məhv olub. Hadisə zamanı xəsarət alanların olmadığı bildirilir, lakin yanğının səbəbi hələ müəyyənləşdirilməyib.
Təxirə salınan oyunun yeni tarixi daha sonra açıqlanacaq. Hazırda “Tun” 71 xalla İsveçrə çempionatının lideridir. “Bazel” isə 18 xal geri qalaraq 4-cü pillədə qərarlaşıb.

  • Sosial şəbəkədə paylaş