Sizin reklam burada
Sizin reklam burada

Mertsdən narazılıq REKORD HƏDDƏ - Almanlar Rusiyaya möhtac qaldılar

Mertsdən narazılıq REKORD HƏDDƏ - Almanlar Rusiyaya möhtac qaldılar


Almaniya kansleri Fridrix Mertsin fəaliyyətindən narazı olanların səviyyəsi yanacaq qiymətlərinin artması fonunda rekord həddə — 70%-ə çatıb.
Bu barədə INSA sosioloji institutunun keçirdiyi sorğunun məlumatlarına istinadən "Bild" nəşri məlumat yayıb.
Nəticələrə görə, respondentlərin yalnız 21%-i hökumət başçısının fəaliyyətini müsbət qiymətləndirib ki, bu da tarixi antirekorddur. Sorğu iştirakçılarının daha 9%-i isə cavab verməkdə çətinlik çəkib.
INSA-nın rəhbəri Herman Binkert qeyd edib ki, "hətta hökumətdə təmsil olunan partiyaların tərəfdarlarının əksəriyyəti də hökumətdən narazıdır".
Siyasi reytinqdə 26% səslə "Almaniya üçün Alternativ" (AfD) partiyası birinci yerdə qərarlaşıb, Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU/CSU) bloku isə 25% ilə ikinci yerdədir.
Yaxın Şərqdəki münaqişə fonunda enerji daşıyıcılarının qiymətləri o dərəcədə artıb ki, Almaniya sakinləri Rusiyanın Kalininqrad vilayətindən ucuz benzin almağa başlayıblar.

  • Sosial şəbəkədə paylaş