Sizin reklam burada
Sizin reklam burada

Ən böyük zəfər tağı bu ölkədə tikiləcək

Ən böyük zəfər tağı bu ölkədə tikiləcək

ABŞ Prezidenti Donald Trump "Truth Social" hesabında Vaşinqtonda "dünyanın ən böyük və ən gözəl tağı" olacağını söylədiyi zəfər tağının dizaynını təqdim edib.
Amerika lideri bununla bağlı yazıb: "Bu gün mənim administrasiyam dünyanın ən böyük və ən gözəl zəfər tağının tikintisi üçün təqdimatı və planları İncəsənət Komissiyasına rəsmi olaraq təqdim edib".
Paylaşımda əlavə edilən fotoşəkildə Harrison Design tərəfindən hazırlanmış layihə əks olunub. Dizaynda qızılı elementlərlə bəzədilmiş açıq rəngli daş tağ, yuxarı hissəsində iki böyük metal qartal və "Azadlıq" heykəlini xatırladan qızılı fiqur təsvir edilib.

  • Sosial şəbəkədə paylaş