Almaniyanın qərbində, Şimali Reyn-Vestfaliya federal torpağında odlu silahla silahlanmış şəxs "Sparkasse" bankının bölməsində barrikada qurub.
Bu barədə "Bild" qəzeti yazır.
Nəşrin məlumatına görə, hadisə Rommerskirxen icmasında baş verib. Məlumdur ki, saat 16:24-də (Bakı vaxtı ilə 19:24) silahlı şəxs bank filialına daxil olub. Cinayətkarın məqsədinin soyğunçuluq olduğu ehtimal edilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələnədək o, binanın daxilində qalıb. Hazırda bank polis tərəfindən mühasirəyə alınıb, havaya helikopter qaldırılıb.
Girovların olması barədə məlumat hələlik təsdiqlənməyib. Hadisə yerinə xüsusi təyinatlılar və xilasedicilər cəlb olunur.

