Sizin reklam burada
Sizin reklam burada

Aprelin 7-si ilə bağlı xəbərdarlıq - Günəşdə ən güclü partlayış riski...

Aprelin 7-si ilə bağlı xəbərdarlıq - Günəşdə ən güclü partlayış riski...


Aprelin 6-da və 7-də Günəşdəki partlayış fəallığının zəif və ya orta dərəcədə olacağı gözlənilir, lakin ən güclü hesab edilən X sinif partlayışların başvermə riski də istisna edilmir.
Bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat təqdim edib.
Qurumun açıqlamasında qeyd olunub ki, "[6 və 7 aprel tarixlərində] Günəş səthində partlayış fəallığı zəif və ya orta dərəcədə qiymətləndirilsə də, proton püskürmələri ilə birlikdə X sinfinə aid partlayışların baş verməsi mümkündür".
Keçən həftənin son günlərində gücünə görə sondan əvvəlki kateqoriyaya aid edilən 4 fərqli Günəş alovlanmasının baş verdiyi diqqətə çatdırılır.
Günəş partlayışları emissiya etdikləri rentgen şüalarının intensivliyinə görə beş əsas sinfə ayrılır: A, B, C, M və X. Ən zəif kateqoriya sayılan A0.0, Yer orbiti üzrə hər kvadrat metr üçün 10 nanovattlıq radiasiya enerjisi deməkdir. Hər sonrakı hərfə keçid zamanı fəallıq gücü on dəfə yüksəlir. Bu partlayışlar bəzən Günəş plazmasının atılması ilə eyni vaxtda müşahidə olunur və həmin plazma buludları planetimizə çatdıqda maqnit fırtınaları yarada bilər. (Oxu.az)

  • Sosial şəbəkədə paylaş