Sizin reklam burada
Sizin reklam burada

Hillarinin Epşteynlə bağlı ifadəsinə Moskvadan reaksiya: Yalan danışır

Hillarinin Epşteynlə bağlı ifadəsinə Moskvadan reaksiya: Yalan danışır


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Hillari Klintonun əri Bill Klintonun məşhur maliyyəçi Ceffri Epşteynlə əlaqəli sənədlərdə iştirakı ilə bağlı son açıqlamalarını yalan adlandırıb.
Bu barədə Rusiya mətbuatı yazıb.
"Deməli, Bill Klinton hər şeyi bilirdi. Hillari Klinton da hər şeyi bilir. Dünən dedikləri yalan, saxtakarlıq idi", - deyə Zaxarova vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-ın keçmiş prezidentinin həyat yoldaşı məlumatı təkzib edib, lakin dərc olunmuş materiallar bunun əksini göstərir.
Qeyd edək ki, Kreml əvvəllər Epşteyn məsələsinin ABŞ-ın daxili məsələsi olduğunu, lakin ölkənin ən yüksək siyasi dairələrinin bu cür qalmaqallarda iştirakının şübhəsiz ki, bütün Amerika siyasi elitasına kölgə saldığını qeyd edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ