Sizin reklam burada
Sizin reklam burada

Avropa İran raketlərinin hədəfi ola bilər

Avropa İran raketlərinin hədəfi ola bilər

İranda hazırlanmış ballistik raketlər Avropadakı hədəflərə çatmaq qabiliyyətinə malikdir.
Bunu təqaüddə olan birinci dərəcəli kapitan Konstantin Sivkov bildirib.
İran silahlarının imkanları barədə danışan Sivkov deyib ki, İsraillə toqquşma zamanı İranın ballistik raketləri 2 000 kilometrdən çox məsafə qət edib:
"Bu o deməkdir ki, onlar asanlıqla 3 000 kilometrə, hətta daha çox məsafəyə çata bilərlər. Yəni prinsipcə, onlar Avropaya çata bilərlər. Bundan əlavə, İran özü də xeyli sayda Amerika bazasının onun raketlərinin hədəf diapazonunda olduğunu bildirib".
Sivkov əlavə edib ki, ballistik raketlər öz trayektoriyası boyunca manevr edir və mövcud hava hücumundan müdafiə sistemləri ilə vurulmasını çətinləşdirir. O, raketlərin İsrail və ABŞ Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiə sistemlərini darmadağın etməyə qadir olduğunu bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ