Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın Qurtuluşunun Banisi

Azərbaycanın Qurtuluşunun Banisi


10 May xalqımız üçün böyük məna daşıyan tarixi gündür. Bu gün müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum günüdür.
Heydər Əliyev Azərbaycan tarixində silinməz iz qoymuş dahi şəxsiyyətdir. O, öz siyasi uzaqgörənliyi və qətiyyəti ilə ölkəmizi ağır sınaqlardan çıxarmışdır. 1990-cı illərin mürəkkəb və çətin dövründə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev dövlətçiliyimizi məhv olmaqdan xilas etmişdir.
Onun rəhbərliyi altında ölkədə sabitlik təmin olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, iqtisadi və siyasi islahatlara başlanıldı. Məhz onun təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın gələcək inkişafına böyük yol açdı.
Bu gün Azərbaycanın beynəlxalq nüfuzu, güclü ordusu və inkişaf edən iqtisadiyyatı Heydər Əliyev ideyalarının təntənəsidir.


Anar Alızadə,
İsmayıllı Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi

  • Sosial şəbəkədə paylaş