Sizin reklam burada
Sizin reklam burada

Talıb Taledən efir qadağası iddiası ilə bağlı açıqlama

Talıb Taledən efir qadağası iddiası ilə bağlı açıqlama



Müğənni Talıb Tale haqqında efir qadağası qoyulması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.
Bu barədə sənətçi bizim.media-ya danışıb. Talıb deyib ki, məlumatı mətbuatdan oxuyub:
"Hər kəs mənə xəbəri göndərib, yeni məlumat aldım. Birinci ciddiyə almadım, sonra gördüm ki, insanlardan çox reaksiya gəlir, zənglər gəlir.
Həmin sayta zəng etdim, soruşdum ki, bu məlumatı nəyə əsasən vermisiz? Dedilər ki, açıqlaya bilmərik. Mən də rayondayam, yas yerinə gəlmişəm, başım qarışıqdır. Bakıya gələndə bununla ciddi məşğul olacağam, bu məlumatın hansı əsası var? Açıqlama olmasa məhkəməyə müraciət edəcəyəm".
Qeyd edək ki, efir qadağası qoyulan müğənnilərlə bağlı siyahını manset.az yayımlayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ