Sizin reklam burada
Sizin reklam burada

ABŞ Ukraynaya görün nə təklif etdi

ABŞ Ukraynaya görün nə təklif etdi

ABŞ Senatı növbəti iki il ərzində Ukraynaya 54,6 milyard dollar ayrılması barədə qanun layihəsi təklif edib.

Bu barədə "The New York Times" (NYT) məlumat yayıb.

Qeyd edilib ki, bu məbləğin bir hissəsi müsadirə edilmiş Rusiya aktivlərindən gələcək.

Qanun layihəsi ABŞ prezidentinin səlahiyyətlərini genişləndirir, ona Konqresin təsdiqi olmadan Ukraynaya silah ötürməyə imkan verir.

NYT-nin qeyd etdiyi kimi, onun təsdiqlənmə şansı azdır, çünki bir çox respublikaçılar ABŞ lideri Donald Trampın xarici yardıma xərcləri azaltmaq kursunu dəstəkləyir. ABŞ-ın vitse-prezidenti J.D.Vens qeyd edib ki, Ukrayna “heç bir şəraitdə” daha 60 milyard dollar yardım almayacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ