Sizin reklam burada
Sizin reklam burada

“Crocus” terroru ilə bağlı YENİ DETALLAR - Ekspertiza hansı qərara gəlib?

 “Crocus” terroru ilə bağlı YENİ DETALLAR - Ekspertiza hansı qərara gəlib?

Məhkəmə-psixiatrik ekspertizasının nəticələrinə görə, "Crocus City Hall"da terror aktını törədən dörd nəfərin hər birinin ağlı başında olub.

“Şəmsiddin Fəriduni, Dalerchon Mirzoyev , Muhammadsobir Faizov və Saidokram Rachabalizoda cinayət törətdiyi vaxt psixi pozğunluqlardan əziyyət çəkməyiblər və öz əməllərinin ictimai təhlükəliliyini tam dərk ediblər”, - ekspertlərin rəyində deyilir.

Təqsirləndirilən şəxslər terrorçuluq cinayətləri törətməyə meyilAli şəxslər olduqları üçün gücləndirilmiş nəzarət altında istintaq təcridxanasında saxlanılır.

Avqustun 4-də İkinci Qərb Dairə Hərbi Məhkəməsi “Crocus”da terror aktı ilə bağlı cinayət işinə mahiyyəti üzrə baxmağa başlayacaq.

Moskvada “Crocus City Hall” konsert zalına hücum ötən il martın 22-də axşam baş verib. “Piknik” qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra "Crocus"da partlayışlar və yanğın baş verib. Hücum nəticəsində 149 nəfər öldürülüb. Daha 609 nəfər yaralanıb.

Hadisəni törədən şəxslər terror aktından bir gün sonra Bryansk vilayətində saxlanılıb. Onlar Rusiya-Ukrayna sərhədini keçməyə çalışırdılar.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ