Sizin reklam burada
Sizin reklam burada

"Android" telefonlarda "Xaç atası" virusu yayılır - Bank hesablarınız ələ keçirilə bilər

"Android" telefonlarda "Xaç atası" virusu yayılır - Bank hesablarınız ələ keçirilə bilər"Godfather" ("Xaç atası") virusu "Android" telefonlar üçün yenidən təhlükə yaratmağa başlayıb.

“Xaç atası” zərərli proqram təminatının yeni versiyası bütün dünyada bank və maliyyə proqramlarının istifadəçiləri üçün ciddi təhlükə yaradır.

Virus məxfi məlumatları oğurlamaq və icazəsiz əməliyyatlar aparmaq üçün mobil cihazlarda təcrid olunmuş virtual mühitlər yaratmaq kimi unikal taktikadan istifadə edir.

"Bleeping Computer"in yaydığı məlumata görə, bu proqram real vaxt rejimində istifadəçi hərəkətlərinə casusluq edə, şəxsi bilgiləri ələ keçirə və əməliyyatları manipulyasiya edə bilir. Eyni zamanda tam vizual maskalanmanı qoruyur. İstifadəçi gizli fəaliyyətdən xəbərsiz olaraq proqramın normal interfeysini görür.

"Godfather" tam hüquqlu virtual fayl sistemindən istifadə etməklə və sistem zənglərini ələ keçirməklə öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.

Virus hücumunun miqyası genişdir: dünya üzrə 500-dən çox bank, kriptovalyuta və digər maliyyə tətbiqlərini hədəfləyir.

Zərərli proqram parolları, PİN kodları müəyyən etməyə, ekran toxunuşlarını qeyd etməyə və hətta bank serverlərindən gələn cavabları görməyə qadirdir.

Qeyd edək ki, bu virus ilk dəfə 2021-ci ilin martında müəyyən edilib. Ondan qorunmaq üçün mütəxəssislər proqramları yalnız rəsmi "Google Play" mağazasından yükləməyi tövsiyə edirlər.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ