arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

ŞOK İDDİA: "Xameneini qəsdən sağ buraxıblar ki..."

ŞOK İDDİA: "Xameneini qəsdən sağ buraxıblar ki..."İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei Tehranın şimal-şərqindəki Lavisan bölgəsindəki bunkerə köçürülüb.

Bu barədə "İran İnternational" İslam Respublikasındakı iki mənbəyə istinadla məlumat yayıb.

Onların sözlərinə görə, bu, iyunun 13-də səhər saatlarında İsrailin zərbələrindən bir neçə saat sonra baş verib. Xameneinin ailəsinin bütün üzvləri onun yanındadır.

Diplomatlardan biri iddia edib ki, İranın lideri əməliyyatın elə ilk gecəsində aradan götürülə bilərdi, lakin onu qəsdən sağ buraxıblar ki, ölkənin uran zənginləşdirmə proqramını dayandırmaq qərarını özü versin.

“İsrailin hava zərbələri başladıqdan sonra Xamenei yenidən uranın zənginləşdirilməsi proqramını dayandırmaq əmri vermək imkanı əldə etdi. Bu qərarı isə İsrailin hərbi imkanlarına real qiymət verməklə əsaslandıra bilər”, - deyə kanal qeyd edib.

Qeyd edilib ki, İsrailin zərbələri Xamneyinin İranın heç bir yerində təhlükəsiz ola bilməyəcəyinə dair xəbərdarlıqdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ