arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

NATO Rusiya ilə müharibəyə hazırlaşır?

NATO Rusiya ilə müharibəyə hazırlaşır?


NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya bütün NATO ölkələrindən daha sürətli və çox silah istehsal edir.

O qeyd edib ki, Rusiya Çin, Şimali Koreya və İranla əməkdaşlıq edərək ordusunu Çin texnologiyası ilə yeniləyir.

Rusiya sursat istehsalını NATO-nun illik səviyyəsinin üçdə birində - cəmi 3 ayda çatdırır. Bu il 1500 tank, 3000 zirehli maşın və 200 "İsgəndər" raketi istehsal etməsi gözlənilir. Rutte əlavə edib ki, Rusiya beş il ərzində NATO-ya qarşı hərbi güc tətbiq etməyə hazır ola bilər.

O vurğulayıb ki, artıq Şərq və Qərb fərqi yoxdur, yalnız NATO mövcuddur və Rusiyanın yeni nəsil səsdən sürətli raketləri təhlükə xəbərdarlığıdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ