arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Özünüzdən 20 dəfə böyük birinə qarşı müharibəyə başlamısınız, indi isə... - Trampdan Zelenskiyə cavab

Özünüzdən 20 dəfə böyük birinə qarşı müharibəyə başlamısınız, indi isə... - Trampdan Zelenskiyə cavab


Kiyev mütəmadi olaraq Vaşinqtona müraciət edir və raket satmağı xahiş edir.

Bunu ABŞ prezidenti Donald Tramp mətbuat konfransında deyib.

“O, (Ukrayna prezidenti Vladimir Zelenskini nəzərdə tutur - red.) həmişə raket əldə etməyə çalışır. Baxın, müharibəyə başlayanda siz onu qazana biləcəyinizə əmin olmalı idiniz, elə deyilmi? Siz özünüzdən 20 dəfə böyük birinə qarşı müharibəyə başlamısınız və insanların sizə raketlər verəcəyinə ümid edirsiniz”, - Amerika lideri bildirib.

Qeyd edək ki, bir gün əvvəl Zelenski "CBS" telekanalına müsahibəsində ABŞ-ın Ukraynanı “Patriot” hava hücumundan müdafiə sistemləri ilə təmin etməməsindən şikayətlənib. Zelenskinin sözlərinə görə, ABŞ belə imkanı olmadığını deyir, eyni zamanda Patriot sistemlərini İsrailə ötürür. Ukrayna prezidenti əlavə edib ki, Kiyev ABŞ-dan 15 milyard dollara 10 Patriot almağa hazırdır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ